Kraliça II Elizabet top atəşləri ilə anılıb 

23:18 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kraliça II Elizabet Böyük Britaniyanın müxtəlif yerlərində atılan top atəşi ilə anılıb.

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, mərasim London Qülləsində baş tutub.

Bundan başqa, Şotlandiyanın Edinburq və Uelsdəki Kardiff qəsrlərindən, həmçinin Britaniya ərazisi olan Cəbəllütariqdə də artilleriya atəşi açılıb.